Çempionlar Liqasının yarımfinal mərhələsinin oyunlarından sonra klubların UEFA reytinqində dəyişiklik olub.
"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, Fransa "Lion"unu 3:0 hesabı ilə məğlub edərək finala adlayan Almaniya təmsilçisi "Bavariya" sıralamada ilk pilləyə yüksəlib.
Hazırda Bundesliqa çempionu ilə İspaniya "Real Madrid"i eyni xala (134) sahib olsalar da, münhenlilər 2019/2020 mövsümündə avrokuboklarda 34, "kral klubu" isə 17 xal toplayıb. Bu səbəbdən almanlar liderliyi ələ keçirib.
Klubların UEFA reytinqindəki ilk "10-luğ"u
1. "Bavariya" (Almaniya) - 134 xal
2. "Real Madrid" (İspaniya) - 134 xal
3. "Barselona" (İspaniya) - 128 xal
4. "Atletiko" (İspaniya) - 127 xal
5. "Yuventus" (İtaliya) - 117 xal
6. "Mançester Siti" (İngiltərə) - 116 xal
7. PSJ (Fransa) - 113 xal
8. "Sevilya" (İspaniya) - 100 xal
9. "Mançester Yunayted" (İngiltərə) - 100 xal
10. "Liverpul" (İngiltərə) - 99 xal
Qeyd edək ki, "Bavariya" Çempionlar Liqasının finalında Fransanın PSJ klubu ilə qarşılaşacaq. Həlledici oyun avqustun 23-də Portuqaliyanın Lissabon şəhərindəki "Eştadiu da Luş" stadionunda keçiriləcək.