UEFA Ukrayna millisinə texniki məğlubiyyət verilməsinin səbəbini açıqladı

UEFA Ukrayna millisinə texniki məğlubiyyət verilməsinin səbəbini açıqladı UEFA Millətlər Liqasının qrup mərhələsinin VI turunda koronavirus üzündən ləğv olunmuş İsveçrə - Ukrayna oyunundan sonra qonaqlara texniki məğlubiyyət verilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.
Futbol
1 Dekabr , 2020 18:53
UEFA Ukrayna millisinə texniki məğlubiyyət verilməsinin səbəbini açıqladı

UEFA Millətlər Liqasının qrup mərhələsinin VI turunda koronavirus üzündən ləğv olunmuş İsveçrə - Ukrayna oyunundan sonra qonaqlara texniki məğlubiyyət verilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

"Report" "Futbol 1" telekanalına istinadən xəbər verir ki, qurumun Apellyasiya Komitəsinin rəhbəri Pedro Tomas Markes bunu Ukrayna Futbol Assosiasiyasının (UAF) məsuliyyətsizliyi ilə əlaqələndirib.

Onun fikrincə, UAF Almaniyada bəzi futbolçuların koronavirus testlərinin nəticələri müsbət çıxdıqdan sonra onların tam əvəzlənməsi üçün oyunçu potensialını əvvəlcədən müəyyənləşdirməyib.

Qeyd edək ki, Ukrayna yığması texniki məğlubiyyət nəticəsində B Liqasına düşüb.

Son xəbərlər

Orphus sistemi