Ukrayna Futbol Assosiasiyası (UAF) FIFA və UEFA-dan kənarlaşdırıla bilər.
"Report" xəbər verir ki, hər iki təşkilat bu barədə UAF-a xəbərdarlıq edib.
FIFA və UEFA-nın göndərdiyi məktubda bildirilib ki, UAF İcraiyyə Komitəsinin üzvlərinə növbədənkənar iclasın keçirilməsi tələblərini imzalamaq üçün təzyiq göstərilir.
Qurumlar UAF-ın üçüncü şəxslərin təsiri altında olmasından razı deyil.
Qeyd edək ki, milli futbol assosiasiyaların beynəlxalq qurumlara üzvlüyü müstəsna olaraq FIFA və UEFA-nın nizamnaməsinə ciddi əməl olunması və müvafiq olaraq milli futbol strukturlarının fəaliyyətinin müstəqilliyi ilə təmin edilir. Bu qaydanın hər hansının pozulması "FIFA Nizamnaməsinin 16-cı və UEFA Nizamnaməsinin 9-cu maddəsinə uyğun olaraq UAF-ın FIFA və UEFA-ya üzvlüyünün dayandırılmasına səbəb ola bilər.