İdman Arbitraj Məhkəməsi (CAS) Ukrayna Futbol Assosiasiyasının (UAF) UEFA-ya qarşı iddiasını qeydə alıb.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, UAF-nin şikayəti Millətlər Liqasının sonuncu - VI turunun İsveçrə ilə oyununun baş tutmamasına görə yığmaya verilmiş texniki məğlubiyyətlə bağlıdır.
Məhz bu nəticədən sonra Ukrayna seçməsi A Liqasını tərk edib.
Qeyd edək ki, Ukrayna millisinin heyətində koronavirusa yoluxma halları aşkarlandığı üçün qarşılaşma ləğv edilmişdi.