Ukrayna Premyer Liqasının 10-cu turunda keçirilməsi planlaşdırılan "Olimpik" - "Zarya" matçı təxirə salınıb.
"Report" Ukrayna Premyer Liqasının rəsmi saytına istinadən xəbər verir ki, səbəb meydan sahiblərində koronavirusa kütləvi yoluxma halının aşkarlanmasıdır.
"Olimpik"də oyunda iştirak edə biləcək sağlam qapıçı qalmayıb. Donetsk təmsilçisində U-19 və U-21 komandalarının görüşləri də gerçəkləşməyəcək.
Qeyd edək ki, "Olimpik" - "Zarya" matçı noyabrın 21-də keçirilməli idi. Qarşılaşmanın yeni tarixi ilə bağlı qərar daha sonra açıqlanacaq.