Ukrayna Premyer Liqasının X turunda keçirilməsi planlaşdırılan "Olimpik" - "Zarya" matçı ləğv olunma təhlükəsi ilə üzləşib.
"Report" "Sport.ua" saytına istinadən xəbər verir ki, "Olimpik" komandasında koronavirusa kütləvi yoluxma halı aşkarlanıb.
Demək olar ki, Donetsk təmsilçisinin bütün futbolçuları infeksiyaya yoluxub.
Baş məşqçi İqor Klimovski qarşılaşma üçün lazım olan 13 sağlam futbolçu toplamaqda çətinlik çəkir. Bu səbəbdən "Olimpik" komandasının üzvləri təcrid ediləcək və "Zarya" ilə matça dair qərarı Ukrayna Premyer Liqasının rəhbərliyi verəcək.