Ukrayna Premyer Liqasının oyunu koronavirusa görə təxirə salınıb

Ukrayna Premyer Liqasının oyunu koronavirusa görə təxirə salınıb Ukraynanın "Rux" komandasının futbolçuları təcrid olunublar.
Futbol
13 Oktyabr , 2021 23:44
Ukrayna Premyer Liqasının oyunu koronavirusa görə təxirə salınıb

Ukraynanın "Rux" komandasının futbolçuları təcrid olunublar.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, buna oyunçular arasında koronavirusa yoluxma hallarının aşkarlanması səbəb olub.

Rəhbərliyin qərarı ilə futbolçular qarşıdakı 3 günü öz evlərində keçirməlidirlər. Komandanın məşqləri də ləğv edilib.

Qeyd edək ki, "Rux"un "İnqulets"ə qarşı keçirməli olduğu Premyer Liqanın XI tur matçı da təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi