Ukrayna klubunun stadionu növbəti dəfə atəşə tutulub

Ukrayna klubunun stadionu növbəti dəfə atəşə tutulub Rusiya qoşunları Ukraynanın "Desna" klubunun ev oyunlarını keçirdiyi Yuri Qaqarin adına stadionu növbəti dəfə atəşə tutublar.
Futbol
11 Mart , 2022 13:27
Ukrayna klubunun stadionu növbəti dəfə atəşə tutulub

Rusiya qoşunları Ukraynanın "Desna" klubunun ev oyunlarını keçirdiyi Yuri Qaqarin adına stadionu növbəti dəfə atəşə tutublar.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, nəticədə Çerniqovdakı arenaya xeyli ziyan dəyib.

Bundan əlavə, stadionun yaxınlığında yerləşən kitabxana da zərər görüb.

Qeyd edək ki, Ukrayna Premyer Liqası fevralın 24-də dayandırılıb. "Desna" 28 turdan sonra 25 xalla 7-ci pillədə qərarlaşıb. Daha əvvəl martın 7-də idman obyekti atəşə tutulub.

Son xəbərlər

Orphus sistemi