Ukrayna millisinin sabiq futbolçusu 27 yaşında vəfat edib

Ukrayna millisinin sabiq futbolçusu 27 yaşında vəfat edib Ukraynanın 21 yaşadək futbolçulardan ibarət yığmasının və Xarkov "Metallist"inin sabiq müdafiəçisi Denis Barvinko dünyasını dəyişib.
Futbol
10 Sentyabr , 2021 15:17
Ukrayna millisinin sabiq futbolçusu 27 yaşında vəfat edib
Denis Barvinko

Ukraynanın 21 yaşadək futbolçulardan ibarət yığmasının və Xarkov "Metallist"inin sabiq müdafiəçisi Denis Barvinko dünyasını dəyişib.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, 27 yaşında vəfat edən oyunçunun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, 2011 - 2014-cü illərdə "Metallist"in formasını geyinən Barvinko bu komandanın heyətində Ukrayna Premyer Liqasında 7 oyun keçirib və 1 məhsuldar ötürmə edib. O, həmçinin Avropa Liqasında 1, Ukrayna Kubokunda isə 3 görüşdə meydana çıxıb.

Müxtəlif vaxtlarda Ukraynanın aşağı yaş qrupları üzər yığmalarına dəvət alan futbolçu karyerasını başa vurduqdan sonra Dnepropetrovsk vilayətinin çempionatında mübarizə aparan "Energiya" klubuna başçılıq edib.

Son xəbərlər

Orphus sistemi