Ukrayna milli komandasının və "Ferentsvaroş" klubunun futbolçusu İqor Xaratin koronavirusa yoluxub.
"Report"un məlumatına görə, bu barədə 26 yaşlı yarımmüdafiəçinin həyat yoldaşı Karina Xaratina şəxsi instaqram hesabında bildirib.
O, vəziyyətlərinin dəhşətli olduğunu yazıb: "Mənim qızdırmam bu günədək 39 idi. Həyat yoldaşım isə xəstəliyi nisbətən yüngül keçirir".
Qeyd edək ki, İqor Xaratin Ukrayna yığmasının DÇ-2022-nin seçmə oyunları üçün geniş heyətinə salınıb.