Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirinin açılış mərasimi keçirilib

Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirinin açılış mərasimi keçirilib Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan minifutbol turnirinin açılış mərasimi keçirilib.
Futbol
25 Noyabr , 2023 17:31
Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirinin açılış mərasimi keçirilib

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan minifutbol turnirinin açılış mərasimi keçirilib.

"Report"un məlumatına görə, tədbirə gənclər və idman naziri Fərid Qayıbov, AFFA-nın baş katibi Sərxan Hacıyev, Azərbaycan Minifutbol Federasiyasının icraçı vitse-prezidenti Taleh Nəsibov qatılıblar.

İlk olaraq iştirakçı komandalar meydançaya dəvət olunublar. Ardınca Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş videoçarx göstərilib. Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Taleh Nəsibov, Sərxan Hacıyev və Fərid Qayıbov bütün komandalara uğurlar arzulayıblar. Onlar ötənilki yarışın da maraqlı alındığını vurğulayıblar.

Dövlət Himninin səslənməsindən sonra turnir açıq elan olunub.

Mərasimdən sonra Dövlət Gömrük Komitəsi və SOCAR komandaları arasında oyun start götürüb.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının təşkilati dəstəyi ilə keçirilən yarışda 52 dövlət qurumu, şirkət və müxtəlif təşkilatların komandaları mübarizə aparacaq.

2024-cü il mayın 6-dək davam edəcək turnirin qarşılaşmaları şənbə və bazar günləri baş tutacaq.

Son xəbərlər

Orphus sistemi