Unay Emeri: "Qarabağ" sabah "Sivasspor" kimi oynayacaq"

Unay Emeri: "Qarabağ" sabah "Sivasspor" kimi oynayacaq" "İki cəbhədə davamlı uğurlar üçün əl-ələ verməyə çalışırıq. Performansı qorumaq baxımından bir az səy göstərməliyik. Komandanın inkişaf etdiyini görürəm".
Futbol
28 Oktyabr , 2020 15:54
Unay Emeri: Qarabağ sabah Sivasspor kimi oynayacaq
Unay Emeri

"İki cəbhədə davamlı uğurlar üçün əl-ələ verməyə çalışırıq. Performansı qorumaq baxımından bir az səy göstərməliyik. Komandanın inkişaf etdiyini görürəm".

"Report"un məlumatına görə, bu fikirləri İspaniya "Vilyarreal"ının baş məşqçisi Unay Emeri UEFA Avropa Liqasının I qrupunun II turunun "Qarabağ"la oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis bildirib ki, əsas məqsədləri qrupu ilk pillədə bitirməkdir: "İlk oyundakı qələbə bizə inam gətirsə də, "Qarabağ" qarşısında hər hansı mənfi sürprizin qarşısını almalıyıq. Ona görə də bu görüş bizim üçün önəmlidir. Sabah "Qarabağ" "Sivasspor" kimi oynayacaq. Heyətində müxtəlif ölkələrdən sürətli və təcrübəli futbolçular yer alır. Avropada oynamağa öyrəşmiş kollektivdir. Bir-birilərini yüksək səviyyədə başa düşürlər. Çətin oyun olacaq".

Matçın neytral meydanda keçirilməsinə münasibət bildirən ispaniyalı mütəxəssis "Qarabağ"ın meydana motivasiyalı çıxacağını söyləyib: "Səfərdə oynamaq hər zaman çətin olur. Rəqib öz meydanından uzaqda olsa da, mətbuatdan oxuduğuma əsasən, özlərini türklərə yaxın hiss edirlər. Həddindən artıq motivasiyalı olmaları bizə çətinlik yaradacaq".

O, müdafiədə xəttindəki problemlərdən söz açıb: "Sivasspor"a qalib gəlsək də, evdə 3 qol buraxmaq, bizi məmnun etmir. Bunu aradan qaldırmalıyıq. Müdafiədə daha etibarlı oynaya biləcəyimizi düşünürəm. Əsas odur ki, topa nəzarəti itirməyək və sürətli oynayaq".

Komandasının ümumi vəziyyəti barədə danışan ispaniyalı baş məşqçi Sofian Çakla ilə Funes Morinin tam sağaldığını söyləyib: "Onlar dünən kollektivlə birlikdə məşq ediblər. Dani Parexo, Pervis Estupinyan və Jerar Moreno isə zədəlidir. Amma tezliklə sıraya qayıdacaqlar".

Heyətdəki rotasiyalara da toxunan Emeri 4-2-3-1 taktiki sxemi ilə oynamağa davam edəcəklərini vurğulayıb: "Komanda inkişafdadır və getdikcə oyunçular bir-birilərini daha yaxşı başa düşürlər. Bəlkə də meydanın mərkəzində bir qədər çatışmazlıq var. Xüsusilə zədəlilər çox olanda bu, aşkar hiss olunur. B planımız da mövcuddur. Lakin mən eyni üslubda davam etməyin tərəfdarıyam".

Qeyd edək ki, "Qarabağ" - "Vilyarreal" matçı oktyabrın 29-da Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutacaq. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi ev oyunlarını neytral meydanda keçirməlidir.

Son xəbərlər

Orphus sistemi