Almaniyanın "Leyptsiq" komandasının futbolçusu Dayot Upamekano karyerasını "Bavariya"da davam etdirəcək.
"Report" xəbər verir ki, Münhen klubunun idman direktoru Həsən Salihamiciç "Bild" nəşrinə açıqlamasında məlumatı təsdiqləyib.
Fransalı müdafiəçi ölkə çempionu ilə 5 illik müqavilə imzalayacaq. İddiaya görə, "Bavariya" 23 yaşlı oyunçu üçün 42,5 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, 2017-ci ildən "Leyptsiq"də çıxış edən Dayot Upamekano cari mövsümdə 26 oyun keçirib və bir qol vurub.