Futbol üzrə Uruqvay milli komandasında koronavirusa kütləvi yoluxma aşkarlanıb.
"Report" assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, müdafiəçi Aleksis Rolin və hücumçu Dieqo Rossinin test nəticəsi müsbət olub.
Bundan əlavə, nümayəndə heyətinin 5 üzvü infeksiyaya yoluxub.
Bir neçə gün öncə isə İspaniya "Atletiko"sunun uruqvaylı futbolçusu Luis Suaresdə koronavirus aşkarlanıb. Təcrübəli forvard bu səbəbdən Madrid təmsilçisinin növbəti oyunlarını buraxmalı olacaq.
Qeyd edək ki, Uruqvay millisi noyabrın 18-də dünya çempionatının seçmə mərhələ oyununda Braziliyaya 0:2 hesabı ilə uduzub.