Vadim Vasilyevin müalicə müddəti daha bir il uzadılıb

Vadim Vasilyevin müalicə müddəti daha bir il uzadılıb Hazırda müalicəsini davam etdirən Azərbaycanın veteran futbolçusu Vadim Vasilyev işləmək istəyir.
Futbol
5 Noyabr , 2024 12:35
Vadim Vasilyevin müalicə müddəti daha bir il uzadılıb

Azərbaycan millisinin sabiq hücumçusu Vadim Vasilyevin müalicə müddəti daha bir il uzadılıb.

Bu barədə “Report”a bir müddət əvvəl insult keçirən veteran futbolçu özü deyib.

O, dərmanlarla təmin olunsa da, maddi cəhətdən dəstək görmədiyini və bu səbəbdən iş axtardığını bildirib:

“Hər gün xəstəxanaya gedirəm, tok müalicəsi alıram, idman edirəm. Həkimlər ən azı daha bir il bərpa prosesi keçməli olduğumu deyiblər. Dərmanlar içirəm. Xəstə adamam, kimdir mənə iş verən? Heç kim maraqlanmır, təklif etmirlər. Dərmanlarımı almaqda Heydər Əliyev Fondu kömək göstərir. Ancaq maddi dəstək yoxdur, işləmək istəyirəm”.

Qeyd edək ki, 52 yaşlı veteran futbolçu 1999-2003-cü illərdə Azərbaycan yığmasında çıxış edib və 33 oyunda 2 qol vurub.

Son xəbərlər

Orphus sistemi