İspaniyanın "Valensiya" klubu baş məşqçisi Xavi Qrasiya ilə yollarını ayırıb.
"Report" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Salvador Qonsales "yarasalar"ın müvəqqəti baş məşqçisi təyin edilib.
Qeyd edək ki, Xavi Qrasiya 2020-ci il iyulun 27-dən "Valensiya"da işləyirdi.