İspaniya La Liqasının XVIII turunda "Selta" üzərində 4:0 hesablı səfər qələbəsi "Vilyarreal" üçün əlamətdar olub.
"Report" xəbər verir ki, bu, komandanın tarixinə ölkə çempionatında 3-cü ən böyük hesablı səfər qalibiyyəti kimi düşüb. .
"Sarı sualtı qayıq" sonuncu dəfə 2005-ci ildə "Real Sosyedad"ı 4 cavabsız qolla məğlub edib.
Unay Emerinin başçılıq etdiyi kollektiv 18 turdan sonra 32 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Qeyd edək ki, "Vilyarreal" cari mövsüm UEFA Avropa Liqasında "Qarabağ"la eyni qrupda yer alıb. La Liqa təmsilçisi qrupu 1-ci, Ağdam klubu isə sonuncu pillədə başa vurub. "Qarabağ" "Vilyarreal"la Türkiyənin İstanbul şəhərində keçirdiyi ev oyununda 1:3 hesabı ilə uduzub, cavab görüşünə getmədiyi üçün texniki məğlubiyyət alıb - 0:3.