Zelenski Ukrayna yığmasının AVRO-2020-nin 1/8 finalına çıxmasını şərh etdi

Zelenski Ukrayna yığmasının AVRO-2020-nin 1/8 finalına çıxmasını şərh etdi Ukrayna prezidenti Volodimir Zelenski ölkə yığmasının futbol üzrə Avropa çempionatının pley-off mərhələsinə çıxmasını şərh edib.
Futbol
24 İyun , 2021 03:36
Zelenski Ukrayna yığmasının AVRO-2020-nin 1/8 finalına çıxmasını şərh etdi
Volodimir Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski ölkə yığmasının futbol üzrə Avropa çempionatının pley-off mərhələsinə çıxmasını şərh edib.

“Report” xəbər verir ki, bu barədə o, özünün instaqramdakı hesabında yazıb.

Dövlət başçısı bildirib ki, futbolun qisməti onlara bütün haqsızlıqlara görə borcu qaytarıb.

"Heç olmasa AVRO-2012-də İngiltərənin qapısına vurulan qolu xatırlamaq lazımdır, hansı ki, hesaba almadılar. Buna görə də, bu gün biz irəliyə şans payı olmadan deyil, dəqiq - layiqincə gedirik", - Zelenski sosial şəbəkədə yazıb.

Xatırladaq ki, Ukrayna yığması AVRO-2020-nin 1/8 finalına çxıb. Andrey Şevçenkonun baş məşqçi olduğu komanda dörd ən yaxşı qrup üçüncüsündən biri kimi mərhələ adlayıb.

Qrup mərhələsində Ukrayna yığması Niderlanda (2:3), Şimali Makedoniyaya (2:1) və Avstriyaya (0:1) qarşı oynayıb. Andrey Şevçenkonun yetirmələri növbəti matçda İsveç seçməsinə qarşı oynamalıdırlar.

Son xəbərlər

Orphus sistemi