"Xetafe" klubu "Real"ın yarımmüdafiəçisini transfer edib

"Xetafe" klubu "Real"ın yarımmüdafiəçisini transfer edib İspaniyanın "Xetafe" klubu "Real"ın yarımmüdafiəçisi Peter Federikonu transfer edib.
Futbol
5 İyul , 2024 10:19
Xetafe klubu Realın yarımmüdafiəçisini transfer edib

İspaniyanın "Xetafe" klubu "Real"ın yarımmüdafiəçisi Peter Federikonu transfer edib.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 21 yaşlı futbolçu ilə 2028-ci ilə qədər müqavilə imzalanıb.

Qeyd edək ki, P.Federiko 2023/2024 mövsümünün ikinci hissəsində "Valensiya" klubunda icarə əsasında çıxış edib. O, komandanın heyətində keçirdiyi 15 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Dominikanlı futbolçu “Real" klubunun əsas heyətində ümumilikdə 24 dəqiqə (əlavə vaxt nəzərə alınmadan) meydanda olub.

Son xəbərlər

Orphus sistemi