Xorvatiya millisinin baş məşqçisinin müqaviləsi uzadılıb

Xorvatiya millisinin baş məşqçisinin müqaviləsi uzadılıb Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliçin müqaviləsinin müddəti uzadılıb.
Futbol
8 Dekabr , 2021 14:55
Xorvatiya millisinin baş məşqçisinin müqaviləsi uzadılıb

Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliçin müqaviləsinin müddəti uzadılıb.

"Report" Xorvatiya Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssisin yeni sözləşməsi 2024-cü ilin yayınadək nəzərdə tutulub.

Qeyd edək ki, Zlatko Daliç 2017-ci ildən yığmanın sükanı arxasındadır. Komanda onun rəhbərliyi altında 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatında finala yüksəlib. Xorvatiya həlledici görüşdə Fransaya 2:4 hesabı ilə uduzub.

Son xəbərlər

Orphus sistemi