Xorvatiya millisinin və Zaqreb "Dinamo"sunun hücumameyilli yarımmüdafiəçisi Martin Baturina İspaniya təmsilçisi "Real"ın təklifini rədd edib.
"Report" "Sky Sports"a istinadən xəbər verir ki, Madrid klubu 21 yaşlı futbolçuya 5 illik müqavilə təklif edib.
İmtinanın səbəbi "Real"ın Baturinanı iki mövsümlük İspaniyanın başqa bir komandasına icarəyə vermək niyyəti ola bilər. Xorvatiyalı futbolçunun xidmətində "Barselona", "Atletiko" və "Mançester Yunayted" klubları da maraqlıdır.
Qeyd edək ki, M.Baturina bu mövsüm "Dinamo"nun heyətində bütün turnirlərdə 17 oyun keçirib, 2 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.