Xorvatiyalı tanınmış futbol hakimi 4 aylıq cəzalandılırılıb

Xorvatiyalı tanınmış futbol hakimi 4 aylıq cəzalandılırılıb Xorvatiya Futbol İttifaqının İntizam Komissiyası hakim İvan Bebeki 4 ay müddətinə diskvalifikasiya edib
Futbol
8 Oktyabr , 2021 13:45
Xorvatiyalı tanınmış futbol hakimi 4 aylıq cəzalandılırılıb
İvan Bebek

Xorvatiya Futbol İttifaqının İntizam Komissiyası baş hakim İvan Bebeki 4 ay müddətinə diskvalifikasiya edib.

"Report"un məlumatına görə, buna ölkə çempionatında "Hayduk" və "Lokomotiva" (Zaqreb) komandaları arasındakı X tur oyunundan sonra baş vermiş insident səbəb olub.

İctimaiyyətə təqdim edilmiş səs yazısında Bebekin Splitdən olan jurnalisti və "Hayduk" azarkeşini təhqir etdiyi sübuta yetirilib. Bu, referinin "Lokomotiv"in qapısına penalti təyin etməməsindən sonra baş verib.

Qeyd edək ki, İvan Bebek 2003-cü ildən FIFA referisidir. O, Çempionlar Liqasının qrup mərhələsinin oyunlarına təyinat alan yeganə xorvatiyalı hakimdir. Bebek son olaraq, sentyabrın 30-da Polşa "Legiya"sının evdə İngiltərə "Lester"inə 1:0 hesabı ilə qalib gəldiyi Avropa Liqasının qrup mərhələsinin II tur görüşünü idarə edib. Həmin qarşılaşmada yeganə qolu Varşava təmsilçisində çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emreli vurub.

Son xəbərlər

Orphus sistemi