"Qurban Qurbanov ləyaqətli hərəkət etdi".
"Report"un məlumatına görə, bunu Fransa "Marsel"inin baş məşqçisi Xorxe Sampaoli "Qarabağ"a 3:0 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
62 yaşlı mütəxəssis Ağdam klubundakı həmkarının feyr-pley nümunəsi göstərdiyini bildirib: "Bunu necə şərh edəcəyimi bilmirəm. Həyatımda belə şey görməmişdim. Buna şərh verə bilmirəm, sadəcə, onun yerində olmaq istərdim".
Sampaolinin sözlərinə görə, belə hal onun başına gəlsəydi, hakimin qərarına təsir etməzdi: "Əksinə, qolu qeyd edərdim. "Qarabağ"ın Konfrans Liqasındakı digər matçlarını da izləmişəm. Komanda hər iki matçdan bizdən üstün idi. Yalnız oyunçuların fərdi ustalığına görə qələbə əldə etdik".
O, qarşılaşmanın çətin keçdiyini söyləyib: "Hər iki görüş ağır keçdi. Amma bu dəfə qələbəni daha rahat əldə etdik. Stiv Mandanda oyunun ən yaxşısı idi".