İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiola UEFA Çempionlar Liqasında yeni nailiyyətə imza atıb.
"Report"un məlumatına görə, 51 yaşlı mütəxəssis buna turnirin yarımfinal mərhələsinə vəsiqə qazanmaqla nail olub.
Qvardiola 9 fərqli mövsümdə bunu bacaran ilk baş məşqçi olub. O, 4 dəfə İspaniyanın "Barselona" komandasını, 3 dəfə Almaniya "Bavariya"sını, 2 dəfə isə "şəhərlilər"i yarımfinala yüksəldib.
İspaniyalı mütəxəssis hərəyə 8 dəfə yarımfinala adlayan Karlo Ançelotti və Joze Mourinyonu geridə qoyub.
Qeyd edək ki, "Mançester Siti" 1/4 final mərhələsində iki oyunu nəticəsinə əsasən İspaniyanın "Atletiko" (Madrid) klubunu mübarizədən kənarlaşdırıb - 1:0, 0:0.