Xosep Qvardiola: "NATO və Avropa ölkələri uğursuzluğa məruz qaldı"

Xosep Qvardiola: "NATO və Avropa ölkələri uğursuzluğa məruz qaldı" İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiola Ukraynada baş verən hadisələri şərh edib
Futbol
5 Mart , 2022 09:19
Xosep Qvardiola: NATO və Avropa ölkələri uğursuzluğa məruz qaldı
Xosep Qvardiola

İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiola Ukraynada baş verən hadisələri şərh edib.

"Report" "Marca"ya istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssis günahsız insanların əziyyət çəkdiyini bildirib.

İspaniyalı baş məşqçinin fikrincə, siyasətçilər bunların qarşısını ala bilərdilər: "Lakin onlar tam uğursuzluq yaşadıqlarından, belə hallar baş verir. NATO və Avropa ölkələri uğursuzluğa məruz qaldı".

Qeyd edək ki, fevralın 24-də Rusiya - Ukrayna müharibəsi başlayıb.

Son xəbərlər

Orphus sistemi