Yaponiya Futbol Assosiasiyası (JFA) bu il keçirilməli olan futbol üzrə klublararası dünya çempionatına ev sahibliyindən imtina etmək qərarına gəlib.
"Report" "Kyodo News"a istinadən xəbər verir ki, buna ölkədə koronavirusun yayılması ilə əlaqədar məhdudiyyətlərin tətbiqi səbəb olub.
Assosiasiya FIFA-nı bunula bağlı məlumatlandırıb və tərəflər hazırda məsələni müzakirə edirlər.
Qeyd edək ki, mundialın 9 - 19 dekabrda təşkli nəzərdə tutulub. JFA daha əvvəl qurumun 100 illik yubileyi ilə əlaqədar yarışa ev sahibliyi etmək istəyib.