Ayxan Abbasov "Turan Tovuz”la müqavilə bağlayıb

Ayxan Abbasov "Turan Tovuz”la müqavilə bağlayıb "Turan Tovuz" futbol komandasının yeni baş məşqçisi Ayxan Abbasovla rəsmi müqavilə imzalanıb.
Futbol
16 İyun , 2022 19:36
Ayxan Abbasov Turan Tovuz”la müqavilə bağlayıb

"Turan Tovuz" futbol komandasının yeni baş məşqçisi Ayxan Abbasovla rəsmi müqavilə imzalanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, mərasim Tovuz şəhər stadionunda təşkil olunub.

41 yaşlı mütəxəssis əvvəlcə "Turan Tovuz" Futbol Akademiyasında yaradılmış şəraitlə və məşqçi heyəti ilə tanış olub. FIFA və UEFA-nın maliyyə dəstəyi ilə AFFA-nın inşa etdirdiyi bazada olan Abbasov orada yaradılmış şəraitlə bağlı məlumatlandırılıb.

Daha sonra o, akademiyanın nümayəndələri və məşqçi heyəti ilə tanış olub.

Qeyd edək ki, mərasimə Qərb Regional Futbol Federasiyasının prezidenti Nadir Nəbiyev də qatılıb.

Son xəbərlər

Orphus sistemi