Braziliyanın "San Paulu" komandasında çıxış edən Brener Souza da Silva karyerasını İtaliyanın "Yuventus" klubunda davam etdirə bilər.
"Report" "Calciomercato" nəşrinə istinadən xəbər verir ki, 20 yaşlı hücumçu Turin təmsilçisinin gündəmindədir.
Forvard 2017-ci ildə "San Paulu"da debüt edib. Silvanın klubla müqaviləsi 2022-ci ilə qədər nəzərdə tutulub.
Qeyd edək ki, Brener Souza da Silva cari mövsüm 20 oyunda 9 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.