İtaliyanın "Yuventus" klubunda daha bir futbolçu koronavirusa yoluxub.
"Report" Turin təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Federiko Bernardeskinin də testi müsbət çıxıb.
27 yaşlı italiyalı vinger karantinə alınıb.
Qeyd edək ki, "Yuventus"da daha əvvəl Leonardo Bonuççi və Merih Demiralda infeksiya aşkarlanıb.