"Yuventus" komandası İtaliya A Seriyasında növbəti xal itkisi ilə üzləşib.
"Report"un məlumatına görə, "Qoca Sinyora" XXIX tur matçında "Torino"nun qonağı olub. Turin derbisi 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Meydan sahiblərindən hər iki qolu 27-ci və 46-cı dəqiqələrdə Antonio Sanabriya vurub. Qonaq komandadan isə Federiko Kyeza 13-cü, Kriştianu Ronaldu isə 81-ci dəqiqədə fərqlənib.
Bu nəticədən sonra xalını 55-ə çatdıran "Yuventus" 5-ci pillədə qərarlaşıb. "Torino" isə 23 xalla 17-cidir. Hər iki komanda 27 oyun keçirib. Ronaldu isə 24 qolla bombardirlər siyahısında liderliyini davam etdirir.