İtaliyanın "Yuventus" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
"Report" Turin təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, "qoca sinyora" İngiltərə "Everton"undan Moyze Kini icarəyə götürüb.
Qeyd edək ki, "Yuventus"un yetirməsi olan 21 yaşlı italiyalı hücumçu 2016 - 2019-cu illərdə Turin təmsilçisinin əsas komandasında oynayıb.