İtaliya "Yuventus"u klubun prezidenti Andrea Anyelli, vitse-prezident Pavel Nedved və sabiq idman direktoru Fabio Paratiçinin istintaqa cəlb olunması ilə bağlı bəyanat yayıb.
"Report"un məlumatına görə, Turin təmsilçisi sözügedən şəxslərlə bağlı yerli prokurorluğun araşdırmalara başladığını təsdiqləyib.
Bildirilib ki, 2019, 2020 və 2021-ci illər üçün transfer gəlirləri, maliyyə hesabatları, həmçinin mövcud olmayan əməliyyatlar üzrə mümkün pozuntular araşdırılır: "İstintaq orqanları ilə əməkdaşlıq edir və məsələyə aydınlıq gələcəyinə inanırıq. Hesab edirik ki, maliyyə hesabatları hazırlanarkən həm qanunlara, həm də beynəlxalq təcrübəyə uyğun hərəkət edilib".
Qeyd edək ki, "Yuventus" rəhbərliyi 50 milyon avro məbləğində çirkli pulların yuyulmasında ittiham olunur. Turin polisi istintaqa lazım olan sənədləri toplamaq klubun baş ofisində axtarış aparıb.