"Yuventus" Ronaldu ilə danışıqlara başlayır

"Yuventus" Ronaldu ilə danışıqlara başlayır İtaliyanın "Yuventus" komandası futbolçusu Kriştianu Ronaldu ilə müqavilənin müddətini uzatmaq istəyir.
Futbol
17 İyul , 2021 17:44
Yuventus Ronaldu ilə danışıqlara başlayır

İtaliyanın "Yuventus" komandası futbolçusu Kriştianu Ronaldu ilə müqavilənin müddətini uzatmaq istəyir.

"Report"un məlumatına görə, bu barədə italiyalı jurnalist Nikola Skira özünün tvitter səhifəsində paylaşım edib.

Onun sözlərinə görə, yaxın günlərdə tərəflər arasında bu istiqamətdə danışıqlara start veriləcək. Portuqaliyalı hücumçu ilə 1 illik yeni sözləşmə imzalamaq istəyən Turin klubu bu yolla onun illik məvacibini 31 milyon avrodan 20 milyon avroyadək azaltmaq istəyir.

Qeyd edək ki, Kriştianu Ronaldunun "Yuventus"la hazırkı müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.

Son xəbərlər

Orphus sistemi