"Yuventus" uduzdu, Holann "Borussiya"ya qələbə qazandırdı

"Yuventus" uduzdu, Holann "Borussiya"ya qələbə qazandırdı Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki oyunu keçirilib
Futbol
18 Fevral , 2021 01:53
Yuventus uduzdu, Holann Borussiyaya qələbə qazandırdı

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki oyunu keçirilib.

"Report"un məlumatına görə, Portuqaliyada "Portu" ilə qarşılaşan İtaliya "Yuventus"u gözlənilmədən uduzub - 1:2. Meydan sahiblərinin heyətində 2-ci dəqiqədə Mehdi Taremi, 46-cı dəqiqədə Mussa Mareqa fərqləniblər. Turin klubunun yeganə qoluna isə 82-ci dəqiqə Federiko Kyeza imza atıb.

Gecənin digər matçında Almaniyanın "Borussiya" (Dortmund) klubu İspaniyada Avropa Liqasının son qalibi "Sevilya"nı 3:2 hesabı ilə məğlub edib. Görüşdə hesabı 7-ci dəqiqədə Susonun qolu ilə meydan sahibləri açıblar. Daha sonra qonaqların heyətində 19-cu dəqiqədə Magmud Daud hesabı bərabərləşdirib. Erlinq Holann 27 və 43-cü dəqiqələrdə rəqibi cəzalandırmaqla dubl edib. Qarşılaşmada son nöqtəni isə 84-cü dəqiqədə La Liqa klubunun forvardı Lük de Yonq qoyub.

Bu komandalar arasında cavab matçları martın 9-da keçiriləcək.

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyun günündə Fransa PSJ-si səfərdə İspaniya "Barselona"sını 4:1, İngiltərə "Liverpul"u isə Almaniya "Leyptsiq"ini 2:0 hesabı ilə məğlubiyyətə uğradıb.

Son xəbərlər

Orphus sistemi