"Zaqatala"nın baş məşqçisi: "Maskalara nəzarət etməyə vaxtım yoxdur"

"Zaqatala"nın baş məşqçisi: "Maskalara nəzarət etməyə vaxtım yoxdur" "Zaqatala" 80 manat məbləğində cərimələnib
Futbol
6 Aprel , 2021 16:03
Zaqatalanın baş məşqçisi: Maskalara nəzarət etməyə vaxtım yoxdur
Rüstəm Məmmədov

"Karantin qaydalarını pozduğumuza görə ikinci dəfə cərimələnmək barədə məlumatım yox idi. Yəqin ki, qərar yeni verilib".

Bu fikirləri "Report"a açıqlamasında "Zaqatala"nın baş məşqçisi Rüstəm Məmmədov I Divizionun XIX turunda "Sabah-2" ilə oyunda texniki zonada və ehtiyat oyunçular skamyasında əyləşənlərin maskadan istifadə qaydalarını pozması səbəbindən klubun cərimələnməsinə münasibət bildirərkən deyib.

Mütəxəssis bidirib ki, hansısa oyunçu və ya məşqçilərin maska taxmadığını görməyib: "Kimlərin tibbi maska taxmadıqlarını deyə bilməyəcəyəm. Çünki bunun üçün araşdırma aparmalıyam. Oyun başlamamışdan AFFA nümayəndəsi yaxınlaşdı və dedi ki, baş məşqçidən başqa hamı tibbi maska taxmalıdır. Futbolçular da maskalarını götürüb gəldilər. Amma oyunun gedişatında kimsə taxmayıbsa, mənim ona nəzarət etməyim mümkün deyil. Bunun üçün vaxtım da yoxdur. Bizdə bu məsələlərə başqa şəxs baxır".

Qeyd edək ki, "Zaqatala" AFFA İntizam komitəsi tərəfindən 80 manat məbləğində cərimələnib.

Son xəbərlər

Orphus sistemi