İngiltərənin "Tottenhem" komandasının sabiq baş məşqçisi Maurisio Poçettino Rusiya "Zenit"inə rəhbərlik edə bilər.
"Report" "Championat" nəşrinə istinadən xəbər verir ki, Sankt-Peterburq təmsilçisi 48 yaşlı mütəxəssislə danışıqlar aparır.
Klub Poçettinoya bonuslardan əlavə ildə 6,5 milyon avro ödəməyə hazırdır. "Zenit" hazırkı baş məşqçi Sergey Semak istefa verəcəyi təqdirdə rusiyalı məşqçilərin namizədliyini nəzərdən keçirməyəcək.
Qeyd edək ki, Maurisio Poçettino 2014 - 2019-cu illərdə "Tottenhem"də işləyib. O, 2018/2019 mövsümündə London təmsilçisini Çempionlar Liqasının finalına yüksəldib.