"Səbail" klubu heyətini yeni qapıçı ilə gücləndirib.
"Report" paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, "dənizçilər" "Zirə"dən ayrılan Rəşad Əzizli ilə müqavilə imzalayıb.
28 yaşlı oyunçunun sözləşməsi mövsümün sonunadək nəzərdə tutulub.
Qeyd edək ki, Rəşad Əzizli 2016/2017 mövsümündə "Səbail"in formasını geyinib.