İki futbolçu hakimi təhqir etdikləri üçün cəzalandı

İki futbolçu hakimi təhqir etdikləri üçün cəzalandı Komitə "Neftçi"nin baş məşqçisi Elman Sultanova da 1 oyunluq cəza verib
Futbol
17 May , 2021 14:05
İki futbolçu hakimi təhqir etdikləri üçün cəzalandı

AFFA İntizam Komitəsi U-17 Kubokunda baş verənlərlə bağlı qərarlarını açıqlayıb.

"Report"un məlumatına görə, "Zirə" klubunun futbolçuları Rəhim Cəfərli və Peyman Səmədli 4 oyunluq cəza ilə üzləşib.

Hər iki oyunçu "Kəpəz" ilə matçda hakimi təhqir etdiyinə görə meydandan uzaqlaşdırılıb.

Komitə "Neftçi"nin baş məşqçisi Elman Sultanova da 1 oyunluq cəza verib. Buna səbəb mütəxəssisin "Səbail"lə oyunda ikinci sarı vərəqəni alaraq meydandan qovulmasıdır.

Son xəbərlər

Orphus sistemi