"Zirə"nin futbolçusu Filipe Paxtman yenidən zədələnib.
"Report"un məlumatına görə, bu barədə komandanın baş məşqçisi Rəşad Sadıqov açıqlama verib.
Onun sözlərinə görə, braziliyalı hücumçu 6-7 ay yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, 21 yaşlı forvard ötən mövsümün ikinci yarısını da eyni səbəbdən buraxıb.