Zlatan İbrahimoviç karyerasını bitirir

Zlatan İbrahimoviç karyerasını bitirir İsveç millisinin və İtaliya "Milan"ının hücumçusu Zlatan İbrahimoviç cari mövsümün sonunda futbolla vidalaşa bilər.
Futbol
6 Aprel , 2022 19:31
Zlatan İbrahimoviç karyerasını bitirir

İsveç millisinin və İtaliya "Milan"ının hücumçusu Zlatan İbrahimoviç cari mövsümün sonunda futbolla vidalaşa bilər.

"Report" "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, 41 yaşlı forvard peşəkar karyerasını titulla başa vurmaq istəyir.

İddiaya görə, İbrahimoviç Milan şəhərinin eyniadlı təmsilçisi A Seriyasının və ya ölkə kubokunun qalibi olacağı halda bu addımı atacaq. O, hazırda komandanın ən yüksək ödənişli oyunçusudur.

Qeyd edək ki, hazırda 67 xalla turnir cədvəlinə başçılıq edən "Milan"ın İtaliya Kubokunun yarımfinal mərhələsindəki rəqibi "İnter" klubudur. Komandalar arasında ilk matçda hesab açılmayıb.

Son xəbərlər

Orphus sistemi