"Top-5" liqalarda mövsümün ən yaxşı transferlərindən ibarət simvolik komanda açıqlanıb.
"Report" xəbər verir ki, məşhur "Whoscored" statistika portalının versiyasına əsasən, "11-lik"də İtaliyanın "Milan" klubunun 39 yaşlı hücumçusu Zlatan İbrahimoviç də yer alıb.
Almaniya "Borussiya"sında (Dortmund) çıxış edən 20 yaşlı forvard Erlinq Holand da rəmzi komandaya düşüb.
Qeyd edək ki, 2010 - 2012-ci illərdə də "Milan"da çıxış edən Zlatan İbrahimoviç bu ilin əvvəlində İtaliya təmsilçisinə qayıdıb. O, A Seriyasının 19 matçında iştirak edərək, 10 qol vurub və 5 məhsuldar ötürmə verib. Erlinq Holand da yanvarda Avstriya "Zaltsburq"undan "Borussiya"ya keçib.