Zlatan İbrahimoviç və komanda yoldaşı irqçiliyə məruz qalıb

Zlatan İbrahimoviç və komanda yoldaşı irqçiliyə məruz qalıb İtaliyanın "Milan" klubunun futbolçuları Zlatan İbrahimoviç və Frank Kessi irqçiliyə məruz qalıb.
Futbol
1 Noyabr , 2021 10:16
Zlatan İbrahimoviç və komanda yoldaşı irqçiliyə məruz qalıb
Zlatan İbrahimoviç və Frank Kessi

İtaliyanın "Milan" klubunun futbolçuları Zlatan İbrahimoviç və Frank Kessi irqçiliyə məruz qalıb.

"Report" "Calciomercato" nəşrinə istinadən xəbər verir ki, hadisə A Seriyasında XI turun "Roma" ilə səfər oyununa təsadüf edib.

Yerli fanatlar İbrahimoviçi qaraçı adlandırıblar. Tərəfdarlar Kessinin Nikolo Zanoloya qarşı kobudluq etməsindən sonra meymun səsi çıxarıblar.

Qeyd edək ki, qarşılaşma "Milan"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Rossonerilər"in qollarını Kessi və İbrahimoviç vurub.

Son xəbərlər

Orphus sistemi