Abşeronda karantin qaydalarını pozan toy təşkilatçıları cərimələnib - VİDEO

Abşeronda karantin qaydalarını pozan toy təşkilatçıları cərimələnib - VİDEO Abşeron Rayon Polis İdarəsinin Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Vergi Xidməti əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində yerləşən "Tri palma" restoranında pandemiya
Hadisə
17 İyul , 2021 14:50
Abşeronda karantin qaydalarını pozan toy təşkilatçıları cərimələnib - VİDEO

Abşeron Rayon Polis İdarəsinin Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Vergi Xidməti əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində yerləşən "Tri palma" restoranında pandemiya tələblərinin pozulduğu müəyyən edilib.

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, araşdırma zamanı toy məclisinin “icazə.e-gov.az” portalında qeydiyyatdan keçmədiyi, toy məclisi zamanı qonaqların müəyyən edilən saydan çox olduğu aşkarlanıb.

Baş vermiş qayda pozuntuları ilə əlaqədar restorana cavabdeh şəxslər Elşən Əliyev və İlqar Muradov barəsində qanuna müvafiq tədbirlər görülüb və onlar barəsində inzibati tənbeh tədbirləri tətbiq edilib.

Zərdab Rayon Polis Şöbəsi də Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Vergi Xidməti əməkdaşlarının birgə keçirdikləri yoxlamalar zamanı rayon ərazisində yerləşən "Kür" restoranında keçirilən toy məclisində müəyyən edilmiş saydan artıq şəxsin,yəni 260 nəfərin toplaşdığı aşkar edilib.

Aşkarlanan qayda pozuntusu ilə əlaqədar məclisin təşkilatçısı Elmir Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib və o, 4000 manat məbləğində cərimələnib.

Son xəbərlər

Orphus sistemi