Abşeronda 32 yaşlı kişi intihara cəhd edib

Abşeronda 32 yaşlı kişi intihara cəhd edib Abşeron rayonunda 32 yaşlı kişi intihara cəhd edib.
Hadisə
15 Yanvar , 2022 01:44
Abşeronda 32 yaşlı kişi intihara cəhd edib

Abşeron rayonunda 32 yaşlı kişi intihara cəhd edib.

"Report"un məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Məmmədov Emin İsiməmməd oğlu bıçaqla özünə xəsarət yetirib.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol bazu nahiyəsinin kəsilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi