Abşeron rayonunda 73 yaşlı qadın dəm qazından boğularaq ölüb.
"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə rayonun Saray qəsəbəsində qeydə alınıb.
Belə ki, 1948-ci il təvəllüdlü Tağıyeva Rəhilə Ruhulla qızı yaşadığı evdə dəm qazından boğularaq ölüb. Meyit aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.