Abşeronda avtomobil 21 yaşlı gənci vurub.
"Report"un məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb. Rəsul adlı iyirmi bir yaşlı gənci (soyadı dəqiqləşdirilir-red) avtomobil vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol ayağının sınığı və qapalı kəllə-beyin travması diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.