Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb. Belə ki, 1996-cı il təvəllüdlü Nəsirov Nazim İltifat oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona kəllə-beyin travması və baş beyinin ağır dərəcəli əziyi diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.