Abşeronda qonşusunun pulunu mənimsəyən şəxslə bağlı cinayət işi başlanılıb

Abşeronda qonşusunun pulunu mənimsəyən şəxslə bağlı cinayət işi başlanılıb Abşeron rayon sakini Əbülfət Əlizadənin 7700 manat məbləğində pulunun müxtəlif bəhanələrlə qonşusu Səfərov Qabil Abdulla oğlu tərəfindən dələduzluq yolu ilə ələ keçirilib.
Hadisə
13 Avqust , 2021 12:09
Abşeronda qonşusunun pulunu mənimsəyən şəxslə bağlı cinayət işi başlanılıb
0 : 00
0 : 00

Abşeron rayon sakini Əbülfət Əlizadənin 7700 manat məbləğində pulunun müxtəlif bəhanələrlə qonşusu Səfərov Qabil Abdulla oğlu tərəfindən dələduzluq yolu ilə ələ keçirilib.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Vətəndaşın ərizəsi Abşeron rayon prokurorluğu tərəfindən nəzarətə götürülməklə Abşeron rayon polis idarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Prokurorluğa müraciət edən zərərçəkmiş Əbülfət Əlizadə minnətdarlığını ifadə edib.

Son xəbərlər

Orphus sistemi