Ağacla döyülən qadının şikayəti DİN-in nəzarətinə götürülüb

Ağacla döyülən qadının şikayəti DİN-in nəzarətinə götürülüb Sosial şəbəkələrdə qadın əri tərəfindən ağac budağı ilə döyülməsi barədə fotolar yayılıb
Hadisə
22 Mart , 2021 19:41
Ağacla döyülən qadının şikayəti DİN-in nəzarətinə götürülüb

Sosial şəbəkələrdə qadının həyat yoldaşı tərəfindən ağac budağı ilə döyülməsi barədə fotolar yayılıb. Bildirilib ki, qadın illərdir əri tərəfindən işgəncə görür.

Daxili İşlər Nazirliyindən “Report”a bildirilib ki, sosial şəbəkələrdə yayılan məsələ DİN-in nəzarətinə götürülüb:

“Müvafiq polis orqanında araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.

Son xəbərlər

Orphus sistemi