Ağcabədidə toy mərasimində 34 nəfər zəhərlənib, araşdırmalara başlanılıb - YENİLƏNİB-2

Ağcabədidə toy mərasimində 34 nəfər zəhərlənib, araşdırmalara başlanılıb - YENİLƏNİB-2 Ağcabədidə toy mərasimində 34 nəfər zəhərlənib.
Hadisə
10 İyul , 2023 10:38
Ağcabədidə toy mərasimində 34 nəfər zəhərlənib, araşdırmalara başlanılıb - YENİLƏNİB-2

Ağcabədi rayonunda qida zəhərlənməsi şübhəsi ilə TƏBİB-in tabeliyindəki Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə iyulun 9-u saat 15:33 radələrindən başlayaraq ümumilikdə 34 nəfər (11-i uşaq olmaqla) yerləşdirilib.

Bu barədə “Report”a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onlara qida toksiki infeksiyası diaqnozu qoyulub və hər birinə zəruri tibbi xidmətlər göstərilib.

“İyulun 9-dan aparılmış zəruri tibbi müayinə və müalicə tədbirlərindən sonra xəstəxana şəraitində müalicəyə ehtiyac qalmadığından müraciət edənlərdən 33 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində 1 nəfərin müalicəsi davam etdirilir. Vəziyyəti orta ağırdır”, - məlumatda qeyd edilib.

10.06

Ağcabədi rayonunun Rəncbərlər kəndində ev şəraitində təşkil olunan məclisdə baş vermiş hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Bu barədə "Report"a AQTA-dan məlumat verilib.

İlkin araşdırma zamanı məlum olub ki, toy mərasimində məişət şəraitində hazırlanan məhsullar istehlakçılara təqdim olunub.

"Araşdırmalar davam edir, nəticələr barədə ətraflı məlumat veriləcəkdir", - məlumatda qeyd edilib.

09.23

Ağcabədidə toy mərasimində 34 nəfər zəhərlənib.

“Report”un xəbərinə görə, hadisə iyulun 9-da rayonun Rəncbərlər kəndi ərazisində qeydə alınıb.

Belə ki, toy mərasimində iştirak edən 34 nəfər zəhərlənmə diaqnozu ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlardan 33 nəfərə ambulator ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. 2007-ci il təvəllüdlü R.Əliyevanın müalicəsi isə davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi